Varlıların uşaqları daha yaxşı oxuyur – SƏBƏBLƏR
04 sentyabr 2025 17:25 (UTC +04:00)

Varlıların uşaqları daha yaxşı oxuyur – SƏBƏBLƏR

0

Uğur məktəbdə çox vaxt fitri zəka və ya zəhmətlə izah edilsə də, varlı ailələrin övladlarının nailiyyətlərinin arxasında başqa amillər dayanır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu üstünlüklər məktəbə qədər dövrdə formalaşır və uşaqlara uzunmüddətli üstünlük qazandırır.

Araşdırmalara əsasən, ali təhsilli valideynlər övladları ilə daha mürəkkəb lüğət ehtiyatından istifadə edirlər ki, bu da uşaqların idrak qabiliyyətlərinin, tənqidi düşüncəsinin və söz ehtiyatının inkişafına birbaşa təsir edir. Yüksək keyfiyyətli tibbi xidmət və sağlam qidalanma da mühüm rol oynayır. Bu yolla disleksiya və ya görmə problemləri kimi çətinliklər vaxtında aşkarlanır.

Maddi sabitlik isə uşağı stressdən qoruyur, biliklərə tam cəmləşməsinə imkan yaradır. Bundan başqa, imkanlı valideynlər övladlarını repititorlara, inkişaf kurslarına, təhsil səfərlərinə göndərir, yay tətilini də əlavə biliklərlə zənginləşdirirlər.

Sosial kapital da mühüm üstünlükdür. Valideynlərin əlaqələri uşaqların ən yaxşı məktəb və universitetlərə daxil olmasına kömək edir. Ətraf mühitin uşağın uğurunu “təbiilik” kimi qəbul etməsi isə onun özünəinamını və ambisiyalarını gücləndirir.

Beləliklə, hər bir üstünlük digərini tamamlayaraq kumulyativ təsir yaradır. Nəticədə, uğur yalnız şəxsi zəhmət və qabiliyyətin deyil, həm də ailənin gizli resurslarının məhsuluna çevrilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar