Ünvanlı  sosial yardım   məsələsinə yenidən baxıla bilər - TƏKLİF
02 oktyabr 2023 12:45 (UTC +04:00)

Ünvanlı sosial yardım məsələsinə yenidən baxıla bilər - TƏKLİF

“İpoteka haqqında” qanuna fərqli yanaşaq.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov deyib ki, bu gün Qarabağda, hər yerdə quruculuq işləri gedir: “Bakıda və regionlarda ipoteka şərtləri eyni olmamalıdır. Gənclərin regionlarda qalması üçün biz bəzi güzəştlər müəyyən etməliyik. İkincisi, biz neçə illərdir ünvanlı sosial yardım veririk. İndiyə qədər ortaya çıxaran yoxdur ki, ünvanlı sosial yardımın effekti necə olub.

Bunu davam etmək lazımdırmı? Ya bunun miqdarı artırılmalıdırmı? Bununla bağlı parlamentdə dinləmə keçirilsə, yaxşı olar. Bəlkə biz ünvanlı sosial yardımın qaydalarını dəyişməliyik ki, daha effektiv, daha nəticəli olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5817
avatar

Oxşar yazılar