Türklər  cinsi əlaqəni uzatmağın   yeni yolunu tapdılar
02 oktyabr 2023 20:00 (UTC +04:00)

Türklər cinsi əlaqəni uzatmağın yeni yolunu tapdılar

Türkiyəli alimlər cinsi əlaqəni uzatmaq üçün nələrin edilməsi lazım olduğunu müəyyən ediblər. 

Lent.az bildirir ki, mütəxəssislər xüsusi bir araşdırma aparıblar, onun nəticələri “Urology Journal”da təqdim olunub.

Ankara Təhsil və Araşdırma Xəstəxanasının əməkdaşları problemi öz üzərinə götürüb. Onlar iki qrup kişini cəlb ediblər - birinci qrupa müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olan 112 iştirakçı, ikinci qrupa isə oturaq həyat tərzi keçirən 126 nəfər daxil olub. 18 ilə 45 yaş arasındakı bütün iştirakçılar ən azı 6 ay müntəzəm cinsi aktiv olublar.

Alimlər həmçinin erkən boşalma diaqnozu qoyublar.

Məlum olub ki, birinci qrupdan olan kişilərdə oturaq həyat tərzi keçirənlərlə müqayisədə erkən boşalma ehtimalı daha az olub.

Mütəxəssislər araşdırmanın nəticələrinə əsasən belə qənaətə gəliblər ki, müntəzəm fiziki fəaliyyət cinsi həyatın keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Mütəxəssislər cinsi əlaqəni uzatmaqda maraqlı olanlar daha aktiv həyat tərzi sürməli, az oturmalı və fiziki aktivliyi artırmalıdırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8394
avatar

Oxşar yazılar