“APA TV”-nin Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov xəstəxanaya yerləşdirilib.
APA-nın məlumatına görə, o yanğın bölgəsində tüstüdən zəhərlənib.
Xaqani Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra o, Marmaris Dövlət Xəstəxanasına yerləşdirilib. Ondan qan nümunəsi götürülüb və ilkin diaqnoz olaraq tüstüdən zəhərləndiyi təsdiqlənib.