“Türkiyə Yüzilində Digital Yayımçılıq Konfransı” keçirildi
30 may 2024 17:02 (UTC +04:00)

“Türkiyə Yüzilində Digital Yayımçılıq Konfransı” keçirildi

“Türkiyə Yüzilində Digital Yayımçılıq Konfransı” keçirilib.

Lent.az xəbər verir ki, Türkiyənin Radio və Televiziya Yüksək Şurası (RTÜK) və Türk İnternet Media Birliyinin (TİMBİR) birgə təşkilatçılığı ilə keçirilən konfransda əsas müzakirə mövzusu “Yerli mediada digitallaşma” olub.

RTÜK sədrinin müavini Orxan Qaradaş, millət vəkili Hüseyn Özbakır, Türkiyə Prezident Administrasiyasının mütəxəssisi Dəniz Özbakır, İxtisas Yetərlilik Qurumunun qurucu sədri Mustafa Necmi İlhan, “Kıbrıs Genç TV”nin rəhbəri Ərtan Birinci və Birlik Xəəbr Agentliyinin Direktoru Məhəmməd Qaçarla yanaşı, yerli və xarici bir çox yüksək səviyyəli dövlət rəsmilərinin və media mənsublarının iştirakı ilə keçirilən konfransı açıq elan edən TİMBİR sədri Süleyman Basa digitallaşma və jurnalistika arasındakı əlaqənin önəminə diqqət çəkərək qloballaşan dünyada internet çağının başladığını və TİMBİR-in bu çağla ayaqlaşmaq üçün gərgin əmək sərf etdiyini vurğulayıb.

RTÜK sədrinin müavini Orxan Qaradaş statistik rəqəmlər paylaşaraq Türkiyədə internet istifadəsinin yayğın olduğunu söyləyib. Qaradaş bildirib ki, ölkə əhalisinin 98 faizi sosial şəbəkə istifadəçisidir ve belə bir vəziyyətdə digital mediaya rəsmi nəzarət məsələsinin ortaya çıxması qəribsənməməlidir.

Rəsmi çıxışlardan sonra “Türkiyə Yüzilində Digital Media”, “Yeni Yayıımçılıq Modelləri və Risklər” və “Yerli Medianın Digitallaşması: Problemlər və Örnəklər” başlıqlı 3 panel müzakirəsi təşkil edilib.

Konfransda Azərbaycanı təmsil edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, TİMBİR İdarə Heyətinin üzvü və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər panel müzakirələrində çıxışında digital medianın kommunikasiya dünyasındakı önəmindən bəhs edib.

Aqil Ələsgər 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında digital medianın mühüm rol oynadığını bildirib. O, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun koordinasiyalı çalışması nəticəsində Azərbaycanın savaş meydanında olduğu kimi, informasiya sahəsində də zəfər əldə etdiyini xüsusilə vurğulayıb. Aqil Ələsgər 44 günlük savaşın digital medianın gücünü gəstərən ən yaxşı örnəklərdən olduğunu diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2451
avatar

Oxşar yazılar