Toy sahibi 200 manat, restoran sahibi isə 20 QAT ARTIQ CƏRİMƏLƏNDİ
29 iyul 2021 13:25 (UTC +04:00)

Toy sahibi 200 manat, restoran sahibi isə 20 QAT ARTIQ CƏRİMƏLƏNDİ

 

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Potu kəndi ərazisində yerləşən “Bizim bağ” restoranında təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, karantin rejiminin qayda və tələblərini pozan obyektin sahibi Şamil Novruzov 4 min manat, toy sahibi Rövşən Qasımov isə 200 manat məbləğində cərimələnib.

Rayonun Üngütlü kəndində Rəşid Eyvazova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində isə qonaqların sayının  50 nəfərdən artıq olduğu aşkarlanıb və ev sahibi barəsində qanunamüvafiq tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893
avatar

Oxşar yazılar