Tiktok-da saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
08 may 2024 13:16 (UTC +04:00)

Tiktok-da saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT

Bir neçə gündür ki, Tiktok platformasında saçını qırxmaqla “qadın olmaqdan imtina etdiyini” elan edən Miray adlı tiktoker müzakirə olunur.

Lent.az-ın məlumatına görə, Miray sosial şəbəkədəki canlı yayınlarında işlətdiyi qeyri-etik ifadələrə görə yaşadığı Sumqayıt şəhərinin polis idarəsinə dəvət olunub. O, ictimai qaydalara riayət etməyə, söyüş söyməməyə dəvət edilib.

Mirayın iddiasına görə, polis rəisinin müavini telefonunu müsadirə edib və “Tiktok”dakı səhifələrini silib.

Daha sonra isə o, canlı yayınlarda təhqir etdiyi şəxsin şikayəti ilə məhkəmə qaydasında 500 manat cərimələnib.

Buna etiraz olaraq isə Miray canlı yayında saçlarını kəsib və “qadın kimi yaşamaqdan” imtina edib.

Maraqlıdır ki, Miray yenə də sosial şəbəkədə təhqir dolu canlı yayınlarını davam etdirir.

Mirayla bağlı maraqlı açıqlamanı isə criminal.az saytının baş redaktoru Anar Məmmədov yazlb. O bildirib ki, tiktokda özünü Miray kimi təqdim edən qadının əsl adı Ayseldir.

Jurnalistin yazdığına görə, bir neçə il əvvəl əri ilə münaqişə edərək Ermənistana keçəcəyi ilə bağlı ölkə başçısına video müraciət edən Ayselin müraciətini saytında işıqlandırıb. Daha sonra isə problemini yoluna qoyan Aysel ondan müraciətinin saytdan silinməsini tələb edib: “Sonra gedib məni “bandotdel”ə şikayət etdi”.

Anar Məmmədov yazıb ki, bu qadın hüquq müdafiəçisi Elçin Məmmədi də həbs etdirib: “Bu gün isə növbəti dəfə şou göstərərək Azərbaycan qadını olmaqdan imtina etdi. Qadınlar bu məxluq kimi həmcinslərinin olmasından qurtuldu. Görək qadınlığından imtina edib, “kişi” cildində hansı evlər yıxacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5562
avatar

Oxşar yazılar