"TikTok" platformasının Azərbaycanda fəaliyyəti bərpa edilib.
Lent.az xəbər verir ki, Azərbaycanda 2 aya yaxındır istifadəsi məhdudlaşdırılan platformaya giriş artıq mümkündür.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti sentyabrın 14-də "TikTok” sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılması barədə məlumat yaymışdı. Buna səbəb “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanıb.