ABŞ-ın Massaçusets ştatının sakini, 20 ildən artıq sürücü işləmiş Pol Başou təqaüdə çıxmasına bir neçə gün qalmış lotereya cekpotunu qazanıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, xoşbəxt gün ərəfəsində həmin adam iş yerindən istefa ərizəsi yazıb və 66 yaşını qeyd etməyə hazırlaşmağa başlayıb. Amerikalı bir mağazaya girərək 1,2 milyon dollarlıq cekpot qazanacaq lotereya bileti alıb.
“Həyat yoldaşıma dedim ki, həyatda heç vaxt görəcəyimi düşünmədiyim üç şey vardı: Superkubokda “Patriotlar”ın qələbə qazanması, qolfda bir çuxura düşmək - bu, beş il əvvəl baş verib - və lotereyada udmaq. İndi isə hər üç arzum gerçəkləşib”, – Başou bildirib.
Beləliklə, indi xoşbəxt gələcək pensiyaçı pulunu səyahətə xərcləməyi və layiqli qocalığı təmin etməyi planlaşdırır.