Şuşada 30 ildən sonra ilk dəfə səyyar ədliyyə xidmətləri təşkil olunub.
Lent.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin “Twitter” səhifəsində məlumat verilib.
“10-11 oktyabr tarixlərində Şuşada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən səyyar ədliyyə xidmətləri təşkil olunub.
30 ildən sonra ilk dəfə Şuşada çalışan vətəndaş Qəmbərov Ağahüseyn Nemət oğluna ilk notariat hərəkəti həyata keçirilmişdir”, - deyə paylaşımda qeyd olunub.