Sürücülərin NƏZƏRİNƏ:  bu yolda təmir başlayır
27 aprel 2024 16:40 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: bu yolda təmir başlayır

Aprelin 28-i saat 11:00-dan etibarən M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

# 2220
avatar

Oxşar yazılar