Sumqayıtda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində dünyaya gəlib.
Lent.az-ın verdiyi xəbərə görə, 2024-cü il yanvarın 1-də saat 07:30-da doğulan körpənin cinsi oğlan, boyu 44 santimetr, çəkisi 2 kiloqram 400 qram olub.
Qeyd edək ki, 20 yaşlı Sumqayıt sakini Aysu Hüseynova təbii doğuşla körpəni dünyaya gətirib.
Hazırda ananın və yeni doğulanın vəziyyəti stabildir.