Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
21 aprel 2026 14:02 (UTC +04:00)

Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI

1

Bakıya yağan intensiv yağışlardan sonra hələ də bəzi yerlərdə tikilən evlərin suları çəkilməyib. Həmin yerlərdə təmizlik işləri aparılsa da, evlərin divarı, döşəmələri nəmişliyə məruz qaldığından hələ də rütubətlidir.

Bəs görəsən, uzun müddət rütubətli, nəmişlik yerdə yaşamaq insanda hansı xəstəliklər yarada bilər?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirilib ki, su basmış evlərdə uzun müddət qalan sular və yaranan rütubət, təəssüf ki, həm infeksion, həm də xroniki xəstəliklərin kəskinləşməsi üçün ciddi risk faktoru hesab oluna bilər:

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov:  Epidemiyanın alovlanma dövrlərində sadə qaydalara etinasızlığın nələrə  səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq

Qarın yatalağı, hepatit A və dizenteriya kimi bağırsaq infeksiyalarının yayılma ehtimalı ola bilər. Bu, əsasən çirklənmiş suyun içilməsi və ya həmin su ilə təmasda olmuş qidaların qəbulu nəticəsində baş verir. Gəmiricilərin sidiyi ilə çirklənmiş durğun sular vasitəsilə insan təhlükəli bakterial xəstəlik olan leptospiroza yoluxa bilər. Dəridəki kiçik sıyrıqlar belə bu infeksiyanın bədənə daxil olması üçün kifayətdir. Daimi rütubət və çirkli su ilə təmas göbələk xəstəliklərinə (mirozlar) və dermatitə səbəb ola bilər. Rütubət və soyuq mühit birbaşa revmatizmanı yaratmasa da, mövcud olan revmatik xəstəlikləri (artrit, artroz) kəskin şəkildə pisləşdirə bilər. Daimi nəm mühitdə qalmaq oynaq və əzələ ağrılarının xroniki hal almasına gətirir”.

İnfeksionist xəstəliklərdən qorunmaq üçün görülə biləcək tədbirlərdən bəhs edib:

“Xəstəliklərdən qorunmaq üçün suyu qaynadıb içmək, qab yumaq və ya diş fırçalamaq üçün yalnız qaynadılmış və ya qablaşdırılmış suların istifadəsi mütləqdir. Su ilə təmasda olmuş hər hansı bir qida məhsulu (hətta bağlı qablaşdırmada olsa belə) dərhal atılmalıdır. Su çəkilən yerlərdə təmizlik işləri apararkən mütləq rezin çəkmə və əlcəklərdən istifadə edilməlidir. Su çəkildikdən sonra pəncərələr açılmalı, evin quruması üçün intensiv havalandırma təmin edilməlidir. Divarlar və döşəmələr xlor tərkibli məhlullarla (məsələn, ağardıcılar) təmizlənməlidir. Kif görünən yerlər xüsusi göbələk əleyhinə vasitələrlə işlənməlidir. Əgər həmin ərazidə yaşayan şəxslərdə yüksək hərarət, şiddətli ishal, kəskin oynaq ağrıları və ya dəridə səpkilər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Bu vəziyyətdə özbaşına müalicə (xüsusilə antibiotik qəbulu) fəsadlara yol aça bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 504

Oxşar yazılar