Stresi azaldan qidalar -  SİYAHI
03 avqust 2021 19:15 (UTC +04:00)

Stresi azaldan qidalar - SİYAHI

Gündəlik həyatımızda stres daim bizimlədir. Çox zaman iş prosesində gərgin olduğumuz halda, bəzi qidaların köməkliyi ilə bu gərginlikdən uzaq ola bilərik. 

Lent.az xarici KİV-ə istinadən stresi azaldan qidaları təqdim edir: 

Qara şokolad

Kakaonun tərkibində olan "bioflavonoidlər" adlı maddələr yüksək səviyyədə antioksidan təsir göstərir və stress hormonu olaraq bilinən kortizol səviyyəsini tarazlayır. Şokolad, tərkibindəki maqnezium sayəsində zehni gərginliyi və qan təzyiqini azaltmağa da kömək edir. Lakin şokoladın üzərinə süd əlavə etməklə bu maddələri bağırsaqda məhv etmiş olursunuz. Ona görə də stresdən uzaq olmaq istəyirsinizsə qara və südsüz şokoladdan istifadə edin. 


Badam və fındıq

Yüksək miqdarda sink, B2 və E vitaminləri sayəsində bədənin immunitet sistemi stresə dözümlü olur. Qidalanma dəyərinin azalmaması üçün bu qidaları qovrulmamış halda qəbul etmək məsləhət görülür. Stresdən uzaq olamaq istəyənlər gün ərsində 5-6 ədəd badam və fındıq istehlak etməlidirlər. 

Balıq yağı 

Soyuq su balıqlarında bol miqdarda "Omega-3" (balıq yağı) var. Omeqa 3 bədəndəki ürək-damar və beyin-sinir sisteminin sağlamlığı üçün çox faydalıdır.  

İspanaq

İspanağın tərkibindəki yüksək miqdarda maqnezium stress hormonu olan kortizolun tarazlaşmasına və insanın mənəvi cəhətdən yaxşı hiss etməsinə kömək edir. Gündə bir qab ispanaq yemək gündəlik maqnezium ehtiyacınızın təxminən yarısını ödəyir.

Yulaf

Yulaf yemək beyində serotonin ifrazını stimullaşdırır. Həmçinin, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırmaq üçün gündəlik qida rasionuna yulaf əlavə etmək məsləhət görülür. 

Qatıq

Evdə hazırlanan qatığın tərkibi kolsiumla  və probiyotik (faydalı bakteriyalar) maddələrlə zəngin olur. Bu da bədəndə immuniteti gücləndirir.

Avokado

Avakado beyin sağlamlığı üçün vacib olan B qrup vitaminlə zəngindir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4059
avatar

Nigar Adil

Oxşar yazılar