Sidik kisəsindən  toyuq yumurtası boyda   daş çıxarıldı
09 fevral 2024 19:03 (UTC +04:00)

Sidik kisəsindən toyuq yumurtası boyda daş çıxarıldı

Başqırdıstanda kişi qarın ağrısı, tez-tez sidiyə getmə və sidikdə qan şikayətləri ilə xəstəxanaya müraciət edib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Salavat şəhər xəstəxanasında xəstənin sidik kisəsindən toyuq yumurtası boyda daş çıxarılıb.

Şikayətlər, xəstəlik tarixçəsi, obyektiv müayinə və ultrasəs müayinəsi əsasında xəstəyə prostat vəzinin hiperplaziyası diaqnozu qoyulub. Həkimlər cərrahiyyə əməliyyatı - sistolitotomiya (sidik kisəsindən daşın çıxarılması) qərarına gəliblər. Əməliyyat uğurla keçib, heç bir fəsad olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13371
avatar

Oxşar yazılar