Sərnişinləri avtobusla yolda qoyub gedən sürücü işdən çıxarılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.
Bildirilir ki, dekabrın 10-da baş verən hadisə üzrə daxili araşdırma yekunlaşıb:
“Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib”.