Şəhid Elvin Mustafayev
04 iyun 2021 11:50 (UTC +04:00)

Şəhid Elvin Mustafayev

Şəhidimiz dəfn olundu - FOTO

Vətən müharibəsinin şəhidi Elvin Mustafayev Gəncədə dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, Elvin Mustafayevin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, şəhər İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) Mustafayev Elvin Fəxrəddin oğlunun nəşinin tapılması haqda iyunun 3-də məlumat açıqlanıb.

Elvin Mustafayev 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində itkin düşüb.

Elvin Mustafayev evli olub, 3 övladı var.

# 2043
avatar

Oxşar yazılar