Bakıda metro qatarlarının hərəkətində ləngimə müşahidə olunub.
Lent.az-ın məlumatına görə, 7 dəqiqəlik gecikmə bir neçə dəqiqə əvvəl “İnşaatçılar” metrostansiyasında qeydə alınıb. Nəticədə həm qatarlar arasında interval çox olub, həm də sərnişin sıxlığı yaranıb.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gecikmələr ehtiyat qatarların dalana verilməsi ilə bağlı olub:
“Ehtiyat qatarları xəttə buraxırıq və ya çıxarırıq. Yaxud həmin qatarlar "Memar Əcəmi" və "Neftçilər" stansiyalarında dalana verilir. Bu proses də səhər saat 8:30-dək davam edir. Bundan əlavə, günün əsas saatlarında intervalların 1 dəqiqə 50 saniyə və ya 2 dəqiqə 30 saniyəyədək uzandığını görə bilərsiniz. Deməli, ehtiyat qatarlar xətdən çıxarılır, yaxud depoya gedir”.