Sentyabrın 10-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron yarımadasında şimal-şərq küləklərinin üstünlüyü, günün bəzi saatlarında yaranan durğun hava şəraiti və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.