Bakıya güclü yağış,  bu rayonlara qar yağacaq  - Sabahın HAVASI
18 noyabr 2024 12:49 (UTC +04:00)

Bakıya güclü yağış, bu rayonlara qar yağacaq - Sabahın HAVASI

Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-16° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə, axşam isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı- ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 48617

Oxşar yazılar

İyunun 6-da yeni həyata başlayacaq  7 BÜRC

İyunun 6-da yeni həyata başlayacaq 7 BÜRC

6 iyun 2025 , 18:20
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

6 iyun 2025 , 14:39
Sabah bu rayonlara qar yağacaq  - PROQNOZ

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ

6 iyun 2025 , 12:07
Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

6 iyun 2025 , 10:32
"Qaragenlə görüşməyi özümə yaraşdırmıram"  - Allahşükür Paşazadə

"Qaragenlə görüşməyi özümə yaraşdırmıram" - Allahşükür Paşazadə

6 iyun 2025 , 09:53
Azərbaycanda bayram namazı  qılınır

Azərbaycanda bayram namazı qılınır

6 iyun 2025 , 08:01
Azərbaycanda Qurban bayramı  tətili başladı

Azərbaycanda Qurban bayramı tətili başladı

6 iyun 2025 , 01:16
Azərbaycanda Qurban bayramı  qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

6 iyun 2025 , 01:14