Sabah hava  çiskinli olacaq   - PROQNOZ
28 sentyabr 2023 12:24 (UTC +04:00)

Sabah hava çiskinli olacaq - PROQNOZ

Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

Azərbaycanın rayonlarında

əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7817

Oxşar yazılar