Sabah hava çiskinli olacaq -  PROQNOZ
04 noyabr 2022 12:19 (UTC +04:00)

Sabah hava çiskinli olacaq - PROQNOZ

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskin olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Avtomobil yollarında vəziyyət

Noyabr ayının 5-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Quba-Qusar, Quba-Xaçmaz, Qaraməryəm-İsmayıllı-Şəki, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Xankəndi-Xocavənd, Göyçay-Ucar, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

# 1950
avatar

Oxşar yazılar

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb

23 mart 2023 , 00:01
Bakının bu küçəsində hərəkət dayandırılır

Bakının bu küçəsində hərəkət dayandırılır

22 mart 2023 , 17:12
“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

22 mart 2023 , 13:07
Sabah 22 dərəcə  isti olacaq

Sabah 22 dərəcə isti olacaq

22 mart 2023 , 12:55
QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi

QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi

21 mart 2023 , 16:51
Şuşada ekoaksiya Novruz şənliyi fonunda belə davam edir-FOTOLENT

Şuşada ekoaksiya Novruz şənliyi fonunda belə davam edir-FOTOLENT

21 mart 2023 , 15:58
Sabah hava belə olacaq-PROQNOZ

Sabah hava belə olacaq-PROQNOZ

21 mart 2023 , 12:38
100 gün oldu-FOTO

100 gün oldu-FOTO

21 mart 2023 , 09:47