Sabah bu yollar  buz bağlayacaq
23 yanvar 2023 15:09 (UTC +04:00)

Sabah bu yollar buz bağlayacaq

Yanvarın 24-də Azərbaycanın avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sabah ölkə ərazisində gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacaq.

Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraitinə görə yolların buz bağlayacağı gözlənilir.

# 2466
avatar

Arzu Qurbanlı

Oxşar yazılar