Sabah bu ərazilərdə qaz olmayacaq
23 aprel 2025 17:23 (UTC +04:00)

Sabah bu ərazilərdə qaz olmayacaq

"Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı aprelin 24-də saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin bir hissəsinin - Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3402

Oxşar yazılar