Sabah Bakıda 17 dərəcə isti  olacaq
20 yanvar 2024 12:19 (UTC +04:00)

Sabah Bakıda 17 dərəcə isti olacaq

Yanvarın 21-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-8° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5871
avatar

Oxşar yazılar