Ərinə xəyanət edən qadın iki kişidən əkizlər doğdu
15 may 2020 19:36 (UTC +04:00)

Ərinə xəyanət edən qadın iki kişidən əkizlər doğdu

Çində ərinə xəyanət edən qadın fərqli kişilərdən əkiz uşaqlar dünyaya gətirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, adı açqlanmayan kişi yeni doğulan uşaqlarının DNT testini keçirəndən sonra şok bir kəşf edib. Bu, Çində uşaqların qeydiyyatı üçün standart prosedurdur.

Testin nəticəsinə görə, arvadı onu aldadıb və başqasından ona uşaq doğub.

İki müxtəlif atadan əkiz uşaq doğmaq çox nadir hadisədir. Pekin Çjunçjen Məhkəmə identifikasiya mərkəzinin direktoru Den Yatsyunun dediyinə görə, belə şans yalnız 10 milyon nəfərdən birində ola bilər. 

“Birincisi, ananın əkizlər doğması üçün bir ayda birinin əvəzinə iki yumurta istehsal etməsi lazımdır. İkincisi, bunun baş verməsi üçün qısa müddət ərzində iki kişi ilə cinsi əlaqədə olması lazımdır”, - o, vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12523
avatar

Oxşar yazılar