Ramiz Mehdiyevin səhhəti pisləşdi - İsrailə aparılıb?
04 mart 2024 10:18 (UTC +04:00)

Ramiz Mehdiyevin səhhəti pisləşdi - İsrailə aparılıb?

Prezident Administrasiyasının eks-rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.

Lent.az "gununsesi.info"ya istinadən məlumatına görə, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. 

Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb. 

Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan 85 yaşlı Mehdiyevi ailəsinin istəyinə əsasən özəl təyyarə ilə İsrailə aparıblar. 

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:

"Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.

Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun".

# 5907
avatar

Oxşar yazılar