Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti qumar oynamağın cəzası ilə bağlıdır.
Qumar oyununda iştirak etmə hansı məsuliyyətə səbəb olur?
Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Burada “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.