Qızıl alanları belə aldadırlar  - Bu şərtlə qaytarmaq olar
21 may 2025 16:15 (UTC +04:00)

Qızıl alanları belə aldadırlar - Bu şərtlə qaytarmaq olar

Bəzən məhsulu alıb, evə getdikdən sonra onun tam ürəyimizcə olmadığını, yaxud başqa yerdə daha ucuza satıldığını görüb, dərhal qaytarmaq istəyirik. Amma mağaza sahibləri bəzi hallarda dəyişdirilmə və qaytarılmadan imtina edirlər. Hətta zinət əşyalarını 1 gün keçsə belə, qaytarmırlar.

Bəs bu halda alıcının hansı hüquqları var? 

Lent.az xəbər verir ki, Azərbaycanda qızıl və digər qiymətli metallar geri qaytarılmayan mallar siyahısına daxildir. Qızıl zinət əşyaları mağazadan alındıqdan sonra, heç bir qüsuru yoxdursa, onu nə dəyişmək, nə də qaytarmaq mümkündür. 

Məhz “bəyənmədim”, “filan yerdə daha ucuzdur” və ya “başqa model istəyirəm” kimi səbəblər qanun qarşısında əsas sayılmır. Amma təbii ki, burada istisnalar var. 

Əgər alınmış zinət əşyasında hər hansısa qüsur aşkarlanarsa, o zaman istehlakçının hüquqları müdafiə olunur. Belə hallarda müştəri məhsulu ya dəyişdirə, ya təmir etdirə, ya da tam şəkildə geri qaytararaq pulunu ala bilər.

Bu məsələlər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun 15-ci maddəsində açıq şəkildə qeyd olunur ki, mal keyfiyyətsiz çıxarsa, alıcı onu qaytarmaq və ya dəyişmək hüququna malikdir.

Bəs qızıl və zinət əşyalarından başqa hansı məhsulları qaytarmaq mümkün deyil?

Nazirlər Kabinetinin qərarına əsasən geri qaytarılması və dəyişdirilməsi qanunla mümkün olmayan digər məhsullara alt paltarları, corab və digər şəxsi gigiyena vasitələri, ətriyyat və kosmetik məhsullar, yemək məhsulları (o cümlədən, açılmış qablaşdırmada olan hər cür qida məhsulları), uşaq oyuncaqları (əgər gigiyenik baxımdan təhlükə yaradırsa və ya bağlaması açılıbsa), kəsilmiş, ölçü ilə verilmiş parçalar və lentlər, ev üçün istifadə olunan kimyəvi maddələr və məişət malları müəyyən gigiyenik, texniki və təhlükəsizlik səbəbləri ilə geri qaytarılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882

Oxşar yazılar