ABŞ-dan olan qadın gəlinə inamsızlıq səbəbindən 100 yaşlı atasının toyuna getməmək qərarına gəlib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, amerikalı düzgün iş görüb-görmədiyini anlamaq üçün mürəkkəb mənəvi və etik vəziyyətlərin həlli bölməsində yazıb. Qadının sözlərinə görə, onun uzunömürlü atası üç dəfə ərə getmiş 75 yaşlı dul qadınla evlənmək niyyətindədir.
Kişi xanımı ilə kilsədə xidmət zamanı tanış olub və bir ay görüşdükdən sonra toy planlaşdırıblar. Narahat məktub müəllifi və kişinin qalan uşaqları çox sürətli bir evlilik və qadının "uğurla" sağ qaldığı üç ər səbəbiylə baş verənlərdən şübhələniblər. Qohumlar gəlinin məqsədinin kürəkənin pulu ola biləcəyindən də şübhələniblər.
Bundan əlavə, məktub müəllifinin xoşuna gəlmirdi ki, gələcək ögey ana öz oyunçularına qarşı qısqanclıq ucbatından atasını tennis məşqlərini dayandırmağa məcbur edib. Onun fikrincə, idman etməməsi kişinin sağlamlığına xələl gətirib. O, şübhələrini və 25 yaş fərqinin problemlərini atasına danışmağa çalışıb. Onun sözlərini ciddiyə almayaraq sevgilisinin dindar olduğunu və ona pislik etməyəcəyini bildirib. Nəticədə məktub müəllifinin gəlini bəyənməməsi səbəbindən toya getməmk qərarına gəlib.
Etika eksperti Kvame Entoni Appia qadına atasını müstəqil bir varlıq kimi qəbul etməyi və onun vəziyyətə çəhrayı rəngli eynəkdən baxdığını düşünməməyi tövsiyə edib. O, gəlin üçün vacib amillərdən biri müəllifin atasının pulu olsa belə, bunu ağlabatan bir qurban hesab edə biləcəyini təklif edib. Bir az pul itirəcək, amma eyni zamanda həyatının son illərini rəngləndirəcək və sevgi ilə keçirəcək.