Qış aylarında isinməyən evlər:  Kimdir günahkar?
05 noyabr 2022 16:27 (UTC +04:00)

Qış aylarında isinməyən evlər: Kimdir günahkar?

Artıq ölkə ərazisində soyuq havaların gəlməsi ilə qış özünü göstərir. Belə havalarda insanlar evlərini qızdırmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Buna kondisioner, kombi, peç daxildir. Lakin bəzi evlərdə qış aylarında istilik dərəcəsi nə qədər yüksək olsa da, otaqlar soyuq olur. Bu məsələ qış aylarından aktual problemə çevrilir.  

Bu məqamda bir sual yaranır: Bəs, insanlar qış aylarında evlərini soyuqdan necə qorumalı, istiliyi itirməmək üçün necə izolyasiya etməlidir?

Bu barədə Lent.az-ın sorğusu "Azəristiliktəchizat" ASC tərəfindən cavablandırılıb. 

Qurumdan verilən məlumata görə, bu il 563 qazanxana və 87 istilik məntəqəsi evlərdə istiliklə təmin edilməsi nəzərdə tutulur:

““Azəristiliktəchizat” ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur.

2022 - 2023-cü illər istilik mövsümündə ümumilikdə 563 qazanxana və 87 istilik məntəqəsi istismar edilməklə istehlakçıların istiliklə təmin edilməsi nəzərdə tutulur”.

Qurum istilik mövsümünün başlanması ilə əlaqədar abonentlər üçün bir neçə faydalı məlumatları təqdim edir:

Mütəxəssis məsləhəti istilik xərclərinizin azaldılması və keyfiyyətli istilik xidməti ilə təmin olunmağa xidmət edir. Bu məqsədlə:

Mənzildaxili və binadaxili istilik itkisinə səbəb ola biləcək sahələr mövsümdən öncə müəyyən edilərək təmir olunmalı;

Mənzildaxili istilik sistemləri, o cümlədən qızdırıcı cihazlar təmizlənməli və yararsız hala düşmüş cihazlar yenisi ilə əvəz edilməlidir;

Qeyd: İstismara yararsız qızdırıcı cihaz yenisi ilə əvəz olunmazsa və axıntı davam edərsə, bu, şəbəkənin ümumi dövriyyəsinə təsir etməklə nəticədə mənzilinizdə, eləcə də istilik şəbəkəsinə qoşulmuş digər mənzillərdə istilik mübadiləsinin pisləşməsinə həmçinin mənzilinizə külli-miqdarda maddi ziyan dəyməsinə səbəb ola bilər.

Mülkiyyətçilər tərəfindən binadaxili və mənzildaxili istilik sistemlərinin cari və əsaslı təmiri, həmçinin təftişi mütəmadi olaraq icra edilməli;

Qeyd: “Azəristiliktəchizat” ASC-nin məsuliyyəti qanunvericiliyə uyğun olaraq balans mənsubiyyətinə görə müəyyən edilir və bu sərhəd binanın girişində I siyirtməyə qədərdir. Binadaxili və mənzildaxili istilik sistemlərinin təmiri, bərpası və saxlanılması aidiyyatı üzrə mənzil və bina mülkiyyətçilərinin, həmçinin sosial və ya təsərrüfat hesablı obyektlərin məsuliyyətinə daxildir.

Qızdırıcı cihazların, boruların və aşağı paylama istilik sistemlərinin dəyişdirilməsi qanunvericiliyə əsasən bina və mənzil mülkiyyətçilərinə aiddir.

İstilik mövsümündə mənzilin daxilində normal temperaturun təmin edilməsi üçün binadaxili istilik xətlərində və qızdırıcı cihazlarda toplanmış hava ən son mərtəbədəki mənzildə olan qızdırıcı radiatorların havaburaxıcısı açılaraq sistemdən tam çıxarılmalı;

Qeyd: Əks təqdirdə havanın sıxlığı suyun sıxlığından az olduğu üçün, istilik sistemi su ilə doldurularkən hava binadaxili istilik sisteminin ən üst nöqtəsinə toplanır və istiliyin bərabər və effektiv paylanmasına maneə yaradır.

Cihazların mövcud ventilləri istehlakçı tərəfindən istilik mövsümü başlayana qədər tam işlək vəziyyətə gətirilməli, ehtiyac yaranarsa, yenisi ilə əvəz olunmalı; 

İstilik mövsümü ərzində hər-hansısa qızdırıcı cihaz sıradan çıxarsa, yəni deşilərsə, su axıntı yaranarsa, dərhal həmin qızdırıcı cihazın giriş və çıxış ventili bağlanmalı və cihaz təmir olunmalı yaxud yenisi ilə əvəz olunmalı;

Tikinti və təmir işlərində peşəkar tikinti və inşaat mütəxəssisləri tərəfindən məsləhət görülən, tikinti və izolyasiya materiallarından istifadə edilməsi məsləhət görülür. 

İstilik mövsümündə vətəndaşlar istilik təchizatı ilə bağlı hər hansı problemlə üzləşərlərsə “Azəristiliktəchizat” ASC-nin 956 "Çağrı Mərkəzi"nə müraciət edə bilərlər.

Araşdırma nəticəsində məlum olur ki, otaqlar arasında kəskin temperatur fərqi qoymaq olmaz:
Otaqlar arasındakı fərq 2 dərəcə olmalıdır. Nəzərə almaq lazımdır ki, temperatur normalarına riayət olunmasa, bu, orqanizmdə güclü soyuqlamaya və ya istilənməyə səbəb ola bilər ki, bu da kardioloji problemlərlə nəticələnər.

Mənzildə həddən artıq isti hava müxtəlif bakteriyaların yayılması üçün münbit şərait yaradır. Nəticədə orda yaşayan insanlar infeksion xəstəliklərə yoluxa bilirlər. Müvafiq proses qışda da, evin keyfiyyətsiz qızdırılması nəticəsində qəfil +17 dərəcəyə düşür. Bu halda orda yaşayan insanların qəfil soyuqdəyməyə tutulması, kəskin respirator xəstəliklər və əsəblə bağlı problemləri ortaya çıxa bilər.

# 1767
avatar

Fidan İlqar

Oxşar yazılar

Magistratura üçün  sınaq imtahanının   nəticələri AÇIQLANDI

Magistratura üçün sınaq imtahanının nəticələri AÇIQLANDI

30 yanvar 2023 , 18:28
Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

30 yanvar 2023 , 14:11
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

30 yanvar 2023 , 12:49
Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO  -VİDEO

Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO -VİDEO

30 yanvar 2023 , 12:38
Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO -YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO-YENİLƏNİB

30 yanvar 2023 , 12:14
10 ton   süd məhsulları məhv edildi - Azərbaycanda

10 ton süd məhsulları məhv edildi - Azərbaycanda

30 yanvar 2023 , 11:40
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO - VİDEO  - YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO- VİDEO - YENİLƏNİB

30 yanvar 2023 , 11:35
Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

30 yanvar 2023 , 10:10