Qatarlar gecikir  - ADY açıqlama yaydı
16 aprel 2025 08:22 (UTC +04:00)

Qatarlar gecikir - ADY açıqlama yaydı

Güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Qeyd olunub ki, Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir.

Qurum hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar