Qarabağ ermənilərinə göndərilən  ərzaq Xankəndidədir
22 sentyabr 2023 22:17 (UTC +04:00)

Qarabağ ermənilərinə göndərilən ərzaq Xankəndidədir

Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükü əraziyə çatdırılıb.

Lent.az-ın məlumatına görə, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb və yardımı ünvanına çatdırıb.

Eyni zamanda Qarabağdakı erməni sakinlər üçün ərazidə 1000 yerlik çadır qurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3471
avatar

Oxşar yazılar