Qar yağacaq, yollar  buz bağlayacaq   - Sabahın HAVASI
29 yanvar 2024 12:24 (UTC +04:00)

Qar yağacaq, yollar buz bağlayacaq - Sabahın HAVASI

Yanvarın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 42072
avatar

Oxşar yazılar