Polis tərəfindən 33 nəfər SAXLANILDI
12 iyul 2022 11:24 (UTC +04:00)

Polis tərəfindən 33 nəfər SAXLANILDI

İyulun 11-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 43-ünün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-sinin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Lent.az DİN-ə istinadən məlumat verir ki, axtarışda olduğuna görə ümumilikdə 28, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

# 1137
avatar

Oxşar yazılar