Plastik əməliyyat keçirən 42 yaşlı iki uşaq anası öldü
07 avqust 2024 01:33 (UTC +04:00)

Plastik əməliyyat keçirən 42 yaşlı iki uşaq anası öldü

İspaniyadan İstanbula plastik əməliyyat etdirməyə gələn 42 yaşlı Perla Virciniya Baez Garay özəl xəstəxanalardan birində keçirdiyi cərrahiyyə əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.

Lent.az xəbər verir ki, İspaniyanın Madrid şəhərində yaşayan Perla Virciniya Baez Garay plastik əməliyyat etdirmək üçün İstanbula gəlib.

İki uşaq anası olan Garay bir neçə plastik əməliyyat keçirib və müşahidə üçün saxlandığı özəl xəstəxanada əməliyyatdan bir neçə saat onun halı pisləşib.

Tənəffüs almaqda çətinlik çəkən qadını həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

İspan qadının ölümü ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

Oxşar yazılar