Piyadalara yol verərkən qəza işıqları yandırılmalıdır?
15 noyabr 2022 18:39 (UTC +04:00)

Piyadalara yol verərkən qəza işıqları yandırılmalıdır?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu piyada keçidinə yaxınlaşan avtomobillərin qəza işıqlarını yandırması ilə əlaqədardır.

Əksəriyyət elə düşünür ki, mütləq keçidlərə yaxınlaşıb piyadalara yol verəndə qəza işıqları yandırılmalıdır. Əslində bəzi sürücülər bunu arxadakı nəqliyyat vasitələrinə məlumat vermək üçün edirlər. Ancaq ekspertlər bildirir ki, beynəlxalq qanunlarda piyadalara yol verən avtomobilin qəza işıqlarını yandırması tələb olunmur.

Bəs görək, ölkə qanunvericiliyində də qəza işıqları tələb olunur?

Sualımıza “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. Onun sözlərinə görə, keçidlərdə qəza işıqlarını yandırmaq mütləq deyil.

Daha ətraflı məlumat üçün videonu izləyin:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3606
avatar

Oxşar yazılar