Orta aylıq və yaşa görə pensiya  nə qədər oldu ? – RƏSMİ
16 aprel 2022 10:22 (UTC +04:00)

Orta aylıq və yaşa görə pensiya nə qədər oldu ? – RƏSMİ

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2022-ci ilin ilk rübündə də davam edib.

Lent.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb.

Ümumilikdə, həyata keçirilən ardıcıl sosial islahat paketləri pensiyalarda ciddi artıma imkan verib. 

Son  üç ildə minimum pensiya 2,2 dəfə artıb. Həmçinin 2018-ci ildən ötən dövrdə orta aylıq pensiyada 75 faiz, o cümlədən yaşa görə orta aylıq pensiyada 70 faiz artım baş verib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7710
avatar

Sevinc Fərid

Oxşar yazılar