Oqtay Şirəliyevdə xərçəng aşkarlandı: Vəziyyəti...  - YENİLƏNİB
22 yanvar 2024 14:00 (UTC +04:00)

Oqtay Şirəliyevdə xərçəng aşkarlandı: Vəziyyəti... - YENİLƏNİB

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranması ilə bağlı məlumat vermişdik. Nazirin müalicə üçün Türkiyəyə aparıldığı deyilirdi.

Lent.az “Bakupost”a istinadən xəbər verir ki, Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.

Xəstəliyin sürətlə inkişaf etməsi keçmiş nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.

Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.

***

19 yanvar, saat 13:43

Sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranıb. 

Lent.az "Manset.az"a istinadən xəbər verir ki, Oqtay Şirəliyev müalicə üçün Türkiyəyə aparılıb. 

Keçmiş nazirin müalicəsi qardaş ölkədə davam etdirilir. Onun ölkəyə nə vaxt qayıdacağı bilinmir. 

Oqtay Şirəliyevin səhhətində problem yarandığını və hazırda Türkiyədə olduğunu yaxınları saytımıza təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14880
avatar

Oxşar yazılar