Nikah dövründə alınan mülk həmişə yarı-yarıya bölünür? - CAVAB
26 may 2025 11:38 (UTC +04:00)

Nikah dövründə alınan mülk həmişə yarı-yarıya bölünür? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual nikah dövründə alınmış əmlakın boşanmadan sonra hansı şərtlərlə bölünməsi ilə bağlıdır.

Nikah dövründə alınan əmlak mütləq yarı-yarı prinsipləri ilə bölünür?

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir:

"Ər-arvad arasında başqa cür razılaşdırılmayıbsa, ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Boşanmadan sonra yaranan mübahisələrin bir qismi daşınmaz əmlakın bölgüsü ilə bağlıdır. Əgər ev, torpaq sahəsi və ya digər növ daşınmaz əmlak birgə nikah dövründə əldə edilibsə, boşanmadan sonra ər və ya arvad məhkəmə qaydasında həmin əmlakın bir hissəsini və ya ona çatası hissəni pul şəklində əldə edə bilər". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1468

Oxşar yazılar