Nazirdən yaşlı müəllimlərlə bağlı  QƏRİBƏ AÇIQLAMA
15 dekabr 2023 11:15 (UTC +04:00)

Nazirdən yaşlı müəllimlərlə bağlı QƏRİBƏ AÇIQLAMA

Ötən əsrin 30-u illərində tədris olunan fənlərin dərs saatları ilə bu günün dərs saatlarında heç bir fərq yoxdur.

Lent.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, tədris olunan fənlər demək olar dəyişməyib:

"Bu, cəmiyyətin mühafizəkar mövqeyinin olması ilə əlaqədardır. Digər tərəfdən, yaşlılar 30-40 il əvvəl öyrəndiklərini indi uşaqlara öyrədirlər. Düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər onların işinə yarayacaq. Amma həqiqət odur ki, bu, belə deyil. Biz bunu çox ciddi problem olaraq görürük. Qurum olaraq buna görə biz məsuliyyət daşısaq da əslində bütün ictimaiyyəti maraqlandıran məsələdir. Söhbət tədris planını dəyişməkdən getmir, məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddən gedir".

Nazir əlavə edib ki, bəzi fənlərin məzmunu dəyişib:

"Bunu qəbul etməli və birlikdə bu dəyişikliyi həyata keçirməliyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28143
avatar

Oxşar yazılar