Naxçıvana uçuşlar bərpa edildi - YENİLƏNİB
22 may 2026 10:20 (UTC +04:00)

Naxçıvana uçuşlar bərpa edildi - YENİLƏNİB

0

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib.

Bu barədə Lent.az-a AZAL-dan məlumat verilib.

Hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir.

AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri görür. Uçuş cədvəlində hər hansı dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə müvafiq qaydada məlumat veriləcək.

***

21 may, saat 12:24

Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.

AZAL-dan Lent.az-a bildirilib ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür. 

Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 712

Oxşar yazılar