Musa Yaqub dəfn edildi - FOTO  - YENİLƏNİB
08 may 2021 12:29 (UTC +04:00)

Musa Yaqub dəfn edildi - FOTO - YENİLƏNİB

Xalq şairi Musa Yaqub dəfn olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, o, İsmayıllı rayonunun Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.  

Mərasimdə şairin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Seyran Səxavət, şair Maarif Soltan, deputat Tahir Kərimli, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!

***

saat 12:05

Azərbaycanın Xalq şairi Musa Yaqubla İsmayıllı rayonunda vida mərasimi başlayıb. 

Lent.az APA-ya istinadən xəbər verir ki, vida mərasimi şairin yaşadığı Buynuz kəndində keçirilir.

Musa Yaqub Buynuz kəndində həyat yoldaşının məzarı yanında dəfn olunacaq.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin rəhbər şəxsləri, mədəniyyət xadimləri, şairlər, mərhumun ailə üzvləri iştirak edir.

Qeyd edək ki, M.Yaqub mayın 7-də vəfat edib, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

# 3096
avatar

Oxşar yazılar