Müəllimlərin işə qəbulu ilə bağlı YENİ XƏBƏR
14 avqust 2024 12:24 (UTC +04:00)

Müəllimlərin işə qəbulu ilə bağlı YENİ XƏBƏR

50 264 namizəd arasından 5740 nəfər test imtahanı mərhələsindən uğur qazanaraq müsahibə mərhələsinə keçib.

Lent.az xəbər verir ki, bunu Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. 10 minlərlə namizəd arasından seçilmiş 5740 nəfər müsabiqənin növbəti mərhələsinə - müsahibə mərhələsinə dəvət olunub. 

Xatırladıb ki, iyulun 2-10-da baş tutan ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Fidan İlqar

Oxşar yazılar