Müəllimlərin bayramında  onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
03 oktyabr 2024 17:10 (UTC +04:00)

Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR

5 Oktyabr. Müəllimlər günü...

Deyirlər ki, bu bayram müəllimlərindi, hədiyyə verilə bilər. Amma...

Ümumdünya Müəllimlər Günü onlara təşəkkür etmək və işlərini dəyərləndirmək üçün gözəl bir fürsətdir. Müəllimlərin hədiyyə qəbul edib-etməməsi fərdi və məktəb qaydalarına bağlı ola bilər.

Hələ sovetlər vaxtından bəri bu bayramda müəllimlərə hədiyyələr təqdim edilməsi ənənə halını alıb. Amma bəzi hallarda bu hədiyyə məsələsi öz həddi-hüdudunu aşaraq rüşvəti gündəmə gətirir. Verilən hədiyyələr bəzən “rüşvət” damğası alır.

Elə bu məsələni nəzərə alaraq, nazirlik rəsmi xəbərdarlıq edib. Bildirilib ki, Müəllim Günü ilə bağlı pul yığılması hallarına yol verilməməlidir. Reallığı düşünsək, bu belə olmalıdır.

Bəs, müəllim hədiyyə qəbul edərmi? Edərsə, müəllimləri normal qaydada necə təbrik etmək olar? Hansı hədiyyə verilə bilər?  

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov müəllimə uyğun olan hədiyyələrdən danışıb:

“5 oktyabr Müəllimlər Günü, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da qeyd olunan əlamətdar günlərdən biridir. Bu münasibətlə müəllimlərə hörmət və minnətdarlıq ifadəsi olaraq hədiyyələr verilməsi adətdir.

İlk olaraq, müəllimlərin hədiyyə qəbul etməsi məsələsinə nəzər yetirək. Müəllimlərə hədiyyə təqdim etmək onların zəhmətinə hörmət əlaməti kimi qəbul edilir. Lakin bu, mütləq zəruri deyil və əksər hallarda simvolik xarakter daşımalıdır.

Müəllimlər Günü münasibətilə hədiyyə verilməsi adət olsa da, burada hədiyyənin növü və onun mənəvi dəyəri xüsusi əhəmiyyət kəsb edir. Müəllimlərə maddi hədiyyələrdən daha çox mənəvi dəyəri olan simvolik hədiyyələr vermək daha uyğun olar. Məsələn, çiçəklər, dəftər, qələm, müəllimə xüsusi olaraq yazılmış təbrik kartı, yaxud şagirdin öz əl işlərindən ibarət olan hədiyyələr daha mənalı və səmimi olur. Bu cür hədiyyələr müəllimə şagirdin minnətdarlığını ifadə edən gözəl bir simvol kimi təqdim edilir və müəllimin nüfuzuna xələl gətirmir. Çünki bu hədiyyələr maddi maraq güdmür, yalnız şagirdin və valideynlərin səmimi minnətdarlığını əks etdirir”.

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Ekspertin sözlərinə görə, müəllimə pul hədiyyəsi vermək onların zəhmətinin alqı-satqı obyekti kimi dəyərləndirilməsinə səbəb ola bilər:

“Müəllimə pul hədiyyəsi təqdim edilməsi cəmiyyətdə birmənalı qarşılanmır və bu cür hədiyyə çox vaxt qeyri-etik hesab edilir. Pul, hədiyyədən çox, bir mübadilə vasitəsidir və müəllimlərin peşəkar fəaliyyətində pul hədiyyəsi almaq onların zəhmətinin alqı-satqı obyekti kimi dəyərləndirilməsinə səbəb ola bilər. Bu, həm şagirdlər, həm də valideynlər tərəfindən qeyri-düzgün mesaj verir və müəllimin nüfuzuna mənfi təsir göstərə bilər. Müəllimə pul hədiyyəsi təqdim etmək, xüsusən də təhsil müəssisələrində rüşvət kimi qəbul oluna biləcək bir vəziyyət yaradır. Çünki pul maddi gücü olan bir vasitədir və şagirdlərin təhsil müvəffəqiyyəti ilə bağlı yanlış gözləntilərin yaranmasına gətirib çıxara bilər”.

Pul şagirdlər arasında qeyri-bərabərlik yaradır...

“Bundan əlavə, bu, şagirdlər arasında qeyri-bərabərlik yarada bilər. Bir şagirdin və ya valideynin müəllimə pul hədiyyəsi verməsi, digər şagirdlər üzərində təzyiq yaradır. Çünki hamı eyni maliyyə imkanlarına sahib deyil. Bu isə məktəbdə sosial ədalətsizliyin artmasına səbəb ola bilər.

Müəllimə pul hədiyyəsi vermək, həmçinin onun şagirdlər qarşısında obyektivliyinə şübhə yaratmağa səbəb olur. Müəllimlər bütün şagirdlərə bərabər və obyektiv yanaşmalıdırlar, lakin pul hədiyyələri bu obyektivliyi sual altına ala bilər. Cəmiyyətdə bu cür hallar müəllimlərin vicdanlı işlərinə kölgə sala bilər və onların işində maddi maraqla hərəkət etdikləri təəssüratını yarada bilər.

Bunun əvəzinə, mənəvi dəyəri olan və müəllimin peşəkar nüfuzunu qoruyan hədiyyələrə üstünlük verilməsi daha uyğun olardı”.

Hər il gündəm məsələsinə çevrilən müəllimlər günündə “pul yığma mərasimi” barədə fikirlərini bölüşən sosioloq Lalə Mehralı deyib ki, müəllimlər günündə onların təbrik edilməsindən daha təbii heç nə yoxdur:

“Öncə onu deyim ki, müəllimlərə pul və ya hədiyyə verməkdən şikayətçi olanlar bunu ən çox edənlərdi. Bu tarixən belə olub. Valideyn müəllimə bir dəstə gül verəndə də, bir ədəd gül verəndə də effekti eynidir. Müəllim diqqət, qayğı, valideyndən zəhmətinin dəyərini verməsini istəyir. Hansı sahənin peşəkarına baxsaq, onun arxasında müəllim durur. Ona görə müəllimlər günündə onların təbrik edilməsindən daha təbii heç nə yoxdur. Hədiyyənin fərqi yoxdur. Müəllimi dəyərli bilib, onun əziyyətini qiymətləndirmək gözəldir”.

Əmin olun ki, 2 ilə o qızın evlilik xəbərini eşidəcəyik" - Lalə Mehralı

Lalə Mehralı vurğulayıb ki, məktəbdə valideynlərdən müəllimlər üçün məcburi pul yığılması bu məsələyə aid deyil:

“Bəzən məktəblərdə bu gün ərəfəsində məcburi pul yığma halları olur. Qətiyyətlə buna qarşıyam, belə şeylər insanın öz içindən gəlməlidir. Amma son dövrlər dəbdir valideyn komitələri sinif qruplarına səs atır ki, müəllimlər gününə, 8 marta pul yığırıq. Həmin məbləği verə bilməyən valideynlər var. Qoyun, bu könül, istək işi olsun. İstəyən şəxs istədiyi cür müəllimi təbrik etsin. Bir müddət sonra solacaq gülə 30 manat verməkdənsə, həmin 30 manatı zərfə qoyub müəllimə vermək daha yaxşıdır. Bunu heç kim rüşvət adlandırmasın”.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi 5 oktyabr - Müəllimlər Günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrinə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

“Bildiririk ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Fidan İlqar

Oxşar yazılar

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

3 oktyabr 2024 , 16:44
Üç günlük  güclü maqnit qasırğası   başladı

Üç günlük güclü maqnit qasırğası başladı

3 oktyabr 2024 , 15:50
Leysan yağacaq, sel gələcək  - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

3 oktyabr 2024 , 15:38
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirilir

3 oktyabr 2024 , 14:44
Azərbaycanda tüğyan edən virus COVID-in yeni ştammıdır? - HƏKİM AÇIQLADI

Azərbaycanda tüğyan edən virus COVID-in yeni ştammıdır? - HƏKİM AÇIQLADI

3 oktyabr 2024 , 14:21
Sabah da  leysan yağacaq   - HAVA PROQNOZU

Sabah da leysan yağacaq - HAVA PROQNOZU

3 oktyabr 2024 , 12:50
Hakimlər imtahanla  seçiləcək

Hakimlər imtahanla seçiləcək

3 oktyabr 2024 , 10:03
Azərbaycanın bu rayonuna qar yağdı

Azərbaycanın bu rayonuna qar yağdı

3 oktyabr 2024 , 09:32