"Müəllimi elə "sındırıblar" ki..."  - Fazil Mustafa
04 oktyabr 2022 18:10 (UTC +04:00)

"Müəllimi elə "sındırıblar" ki..." - Fazil Mustafa

"Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyin, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən- hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz. Ancaq ən əsas olan boşluq- müəllim avtoritetinin olmamasıdır". 

Bu sözləri bu gün 112 saylı məktəbdə şagirlər arasında olan davaya fikir bildirlən deputat Fazil Mustafa deyib. O bildirib ki, müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risq etmir:

"Əsas işi də səhərdən-axşamacan yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır. Praktik olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur. Bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var. Ancaq səviyyəli idarərtmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur. Videonu çəkən, eləcə də aralaşdırmağa cəhd etməyənlərin də biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun. Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır".

Onun sözlərinə görə, bu cür məsələlərdə tədbir-filan görülməsi boş şeydir:

"Müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur bu. Burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin sələhiyyətləri, sinifə müdaxilə imkanları artırılmadıdır. Çünki, güclü direktorun olması da, hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinifə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti  kimi anlaşılmamalıdır.

Bunları sözgəlişi yazıram. Çünki son vaxtlar hansısa quruma, vəzifəli şəxsə təklif verməyi dayandırmışam. Səbəb sadədir: Azərbaycan dilində dediklərim anlaşılmır. Başqa dildə də yazmağıma və ya söyləməyimə Konstitusiyamız izin vermir.
Harada qalmışıq? Köhnə dərsdə. Səhifələri geriyə çevirməyə davam edək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6012
avatar

Aytəkin Cəlali

Oxşar yazılar