Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ
21 avqust 2023 11:41 (UTC +04:00)

Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ

21 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilib.

Bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a məlumat verilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.

Qeyd edək ki, Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.

# 2529
avatar

Arzu Qurbanlı

Oxşar yazılar