“Müasir Azərbaycan ailəsi: keçmişdən gələcəyə daşınan miras” mövzusunda  tədbir keçirib
17 yanvar 2024 15:00 (UTC +04:00)

“Müasir Azərbaycan ailəsi: keçmişdən gələcəyə daşınan miras” mövzusunda  tədbir keçirib

Yanvarın 17-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə  “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsi çərçivəsində “Müasir Azərbaycan ailəsi: keçmişdən gələcəyə daşınan miras” mövzusunda  tədbir keçirib.

Lent.az-ın xəbərinə görə, təşkilatın sədri Ramiz Cürənov deyib ki, layihənin məqsədi gəncləri milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarfləndirməkdir.

Ramiz Cürənov layihə çərçivəsində görülən işlər, layihə çərçivəsində hazırlanan  “Müasir Azərbaycan ailəsi: keçmişdən gələcəyə daşınan miras”  sərlövhəli   yazı barədə məlumat verib. Təşkilatın sədri qeyd edib ki, hər bir xalqın özünəməxsus milli-mənəvi dəyərləri var. Bu dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi ən əsas amillərdən biridir. Ailə münasibətləri cəmiyyətdə formalaşan ictimai münasibətlərlə şərtlənir. Cəmiyyətdə dəyişikliklər baş verdikcə bu özünü ailə modelinin formalaşmasında da biruzə verir. Əslində hər bir ailə özü-özlüyündə kiçik bir dövlət modelidir. Ailənin idarəetməsində prinsiplər və dəyərlər nə qədər düzgün seçilərsə, o ailənin inkişafı və cəmiyyətin sosioloji rolu da bir o qədər   olur.

 “Müasir Azərbaycan ailəsi ” mövzusunda çıxış edən APA İnformasiya Agentliyinin redaktoru Vüqar İsmayılov Azərbaycanda  rtul etnik qrupunun milli adət-ənənələrindən də söz açıb.

“Gələcəyə daşınan miras” mövzusunda çıxış edən APA İnformasiya Agentliyinin redaktoru Məhbubə Qasımova Qarabağda, Şərqi Zəngəzurda toy adət-ənənələrindən danışıb və bu ənənələrin qorunmasını vacib sayıb.

“Sabahinfo.az” saytının baş redaktoru, “Yeni həyat-iqtisadi inkişaf” İctimai Birliyinin sədri Ədil Ədilzadə mediada milli-mənəvi dəyərlər və ailə modeli ilə əlaqədar mövzulara diqqətin artırılmasını vacib sayıb, bu sahədəki problemlərin araşdırılmasını zəruri hesab edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor institutunun əməkdaşı Elmiyyə Abdullayeva ailədə qadına xüsusi diqqət və qayğı ilə yanaşılmasının önəmini vurğulayıb.

Təbdir müzakirələrlə davam edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3495
avatar

Oxşar yazılar