Moskavya son yarım əsrin  ən güclü qarı   yağacaq
11 dekabr 2023 13:07 (UTC +04:00)

Moskavya son yarım əsrin ən güclü qarı yağacaq

Rusiyanın paytaxtına bir neçə gündən sonra güclü qar yağacaq. 

Lent.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets xəbərdarlıq edib.

Sinoptikin məlumatına görə, dekabrın 15-də Moskvada 19-24 mm yağıntı düşəcək ki, bu da aylıq normanın demək olar ki, 40 faizini təşkil edir. Tişkovets əlavə edib ki, qarşıdan gələn qar son yarım əsrdən çox müddətdə ən güclüsü olacaq.

Bundan əvvəl Hidrometeorologiya Mərkəzi Moskvada həftənin sonuna qədər qar yağacağını proqnozlaşdırmışdı. Paytaxt ərazisində havanın temperaturunun çox aşağı olması, yolların buz bağlaması və 15 m/s-ə çatan küləklə əlaqədar sarı hava xəbərdarlığı elan edilib.

Bu gün Moskvada -5...-7 dərəcə şaxta olacaq, sabah isə havanın temperaturu -4...-6 dərəcəyə enəcək, qar yağacaq, bəzi yerlərdə intensivləşəcək və çovğun olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4443
avatar

Oxşar yazılar