Milli qəhrəmanın qızı ilə evlənən qaziyə ev hədiyyə edildi -FOTO
15 iyun 2022 23:19 (UTC +04:00)

Milli qəhrəmanın qızı ilə evlənən qaziyə ev hədiyyə edildi -FOTO

Vətən müharibəsi qazisi Denis Quzlayev və Milli Qəhrəman Yuri Kovalyovun qızı Reqina Kovalyovanın toyu olub. 

Lent.az sosial şəbəkəyə istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gənc ailəyə yeni mənzilin açarları təqdim edilib. 

Qeyd edək ki, Yuri Kovalyov 1965-ci ildə Göyçayda anadan olub. 1991-ci il 3 oktyabrda Xocavənddə döyüş tapşırığını yerinə yetirib qayıdarkən həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə starşina Yuri Petroviç Kovalyov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

# 3870
avatar

Oxşar yazılar